Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

0

  • Mayın 17-də Xocalı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və
    Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı
    ilə Xocalı rayon 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirildi. Tədbirdə
    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik
    Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Lamiyyə
    Qarayeva, rayon icra hakimiyyəti aparatında Yetkinlik yaşına çatmayanların işləri
    və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, Xocalı
    RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov, məktəbin pedaqoji kollektivi, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak etdilər.  Tədbirdə çıxış edən Lamiyə Qarayeva narkomaniya ilə mübarizədə
    valideynlərlə övladları arasında düzgün münasibətin qurulması mövzusunda fikirlərini
    bölüşdü. Qeyd etdi ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən
    başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu
    profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür. Araşdırmalara əsasən,
    narkotik maddələrdən istifadə ən çox yeniyetməlik dövründə başlayır.
    Psixoloqlar bunu belə izah edirlər ki, fiziki və zehni sahədə əhəmiyyətli dəyişikliklərin
    yaşandığı, sürətli böyümə dövrü olaraq xarakterizə edilən yeniyetməliyin ən əhəmiyyətli
    psixososial xüsusiyyəti şəxsiyyətin mənimsənilməsidir. Tədricən müstəqil olmağa
    başlayan yeniyetmə üçün bu dövrdə dostluq münasibətləri böyük əhəmiyyət kəsb
    edir və o, dostlar qrupuna daxil olanda onların təsiri altına keçir, onlara bənzəm
    istəyir. Bu dövrdə şəxsiyyət çaşqınlığı bütün yeniyetmələrin yaşadığı təbii bir
    prosesdir. Amma şəxsiyyət çaşqınlığından çıxa bilməyən və mənfi xarakterə yiyələnən
    yeniyetmə narkotik maddə istifadəsi kimi ağır problemlə üzləşə bilir. Lamiyə Qarayeva çıxışında həmçinin vurğuladı ki, 44 günlük Vətən
    Müharibəsində biz 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı
    sağlam ruhda, milli mənəvi dəyərlərə malik gənclərimizin sayəsində işğaldan
    azad etdik. Çalışmalıyıq ki, bundan sonrakı nəsillərdə vətənpərvər ruhda
    yetişsin, xalqına, vətəninə layiqli övlad olmaq amalı uğrunda tərbiyə
    olunsunlar. Xəlil Vəliyev çıxışında bildirdi ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə
    meyil göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə
    vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və
    təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Daha sonra Tural Xəlilov narkomaniyaya qarşı hüquq-mühafizə, o
    cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirləri barədə məruzə ilə çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
    “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
    qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət
    Proqramı"nın təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində
    ölkə rəhbərliyi səviyyəsində atılmış növbəti mühüm addım olub. Daxili İşlər
    Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin
    qanunsuz dövriyyəsinə qarşı ən qəti tədbirlər görməklə yanaşı, həm də
    azyaşlılarla, gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər. Tədbirdə narkomaniyanın fəsadlarından bəhs edən video-çarx göstərilmişdir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib62 dəfə
    Xocalı şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

    Maraqlı gələ bilər
    83
    75